Şamaxı rayonunda Babacan Alıyev adına tam orta məktəb

  • Layihə
  • Foto


Şamaxı rayonunun Ovçulu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Babacan Alıyevin adını daşıyan tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.

 

Kənd orta məktəbi 1975-ci ildə inşa olunan 200 şagird yerlik binada fəaliyyət göstərib. Ötən müddət ərzində məktəbin binası fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən 280 şagird yerlik yeni məktəb binası tikilib.

 

İkimərtəbəli bina 5 korpusdan ibarətdir. Tədris ocağında 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.


15_resize.jpg
16_resize.jpg
17_resize.JPG
19_resize.jpg
21_resize.JPG
22_resize.jpg
23_resize.jpg
24_resize.jpg
25_resize.jpg