Bilgəh qəsəbəsində 11 saylı inteqrasiya təlimli internat məktəbi

  • Layihə
  • Foto

Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində yenidən qurulub.

 

2017-ci il martın 1-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.

 

Bu məktəb 1961-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 945 şagird təhsil alır və onlardan 158 nəfəri xüsusi təhsilə cəlb olunub. 2016-2017-ci tədris ilində məktəbdə təhsil alan şagirdlər 59 sinif üzrə qruplaşdırılıb. Onlardan 38-i ümumtəhsil sinifləri, 21-i isə xüsusi siniflərdir. Ümumtəhsil siniflərində təlim Azərbaycan və rus dillərində aparılır. Müəssisənin yataq korpusunda 133 şagird yaşayır.

 

Məktəbdə tədris emalatxanaları, təsviri incəsənət kabineti, animasiya studiyası, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, dərs və kompüter otaqları, həmçinin idman zalı fəaliyyət göstərir.

 

Məktəbin həyətində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Həyətdə uşaqlar üçün idman meydançaları, müxtəlif attraksion, qurğu və yelləncəklər qoyulub, əyləncə-istirahət guşələri yaradılıb.

 

Məktəbdə uşaqların təlim-tərbiyəsi ilə 139 müəllim və tərbiyəçidən ibarət işçi heyət məşğul olur.



001.JPG
003.JPG
005.JPG
006.JPG
008.JPG
009.JPG
012.JPG