Şamaxıda 4 saylı körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Şamaxının Şəhriyar qəsəbəsində yerləşən 4 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” çərçivəsində inşa olunub. 2019-cu il martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçanın açılışında iştirak ediblər.

 

Şamaxı şəhər 4 və 5 saylı körpələr evi-uşaq bağçaları ötən əsrin 30-40-cı illərində inşa edilmişdi və istismar müddətini başa vurmuş uyğunlaşdırılmış binalarda fəaliyyət göstərirdi. Tikintisi yekunlaşmış ikimərtəbəli binada yataq, yemək, istirahət, tibb otaqları, mətbəx və yeməkxana yaradılıb.

 

Təhsil müəssisəsi 100 yerlikdir.



004.JPG
005.JPG
006.JPG
007.JPG