Şəmkirdə Bakı Oksford Məktəbinin Uşaq Akademiyası

  • Layihə
  • Foto


Şəmkirdə Bakı Oksford Məktəbinin Uşaq Akademiyası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Tikinti işlərinə 2012-ci ilin mayında başlanılıb. 2013-cü ilin iyununda tikinti başa çatıb. 2013-cü il sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Uşaq Akademiyasının açılışında iştirak edib.

 

80 yerlik Akademiyada uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Xüsusi tədris proqramları əsasında fəaliyyət göstərən akademiyaya uşaqlar iki yaşından qəbul edilir. Burada uşaqlarla dünyada məşhur olan “Kiddie Academy” tədris proqramı əsasında hazırlıq prosesi keçirilir. Dünyanın 65-dən çox ölkəsində tədris olunan bu proqram aparıcı məktəbəqədər təhsil proqramlarından biridir.

 

Akademiyada dörd yataq otağı, incəsənətə maraq göstərən uşaqlar üçün art-studiya yaradılıb.



01.jpg
02.jpg
03.jpg
04.jpg
04+.jpg
05.jpg
06.jpg
06+.jpg
07.jpg
08.jpg
09.jpg
010.jpg
011.jpg
012.jpg
013.jpg