Masazır qəsəbəsində uşaq bağçası

  • Layihə
  • Foto


Abşeron rayonunun Masazır qəsəbəsində “Şən yuva” uşaq bağçası Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunub. 2010-cu il dekabrın 24-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçanın açılışında iştirak edib.


3 mərtəbəli bina 120 uşaq üçün nəzərdə tutulub. Bağça müxtəlif əyani vəsaitlərlə və müasir avadanlıqla təmin olunub, uşaqların asudə vaxtlarının səmərəli təşkili, əylənmələri üçün qış və yay oyun zalları yaradılıb. Bağçanın həyətində attraksionlar quraşdırılıb, oyun meydançaları yaradılıb, ətraf ərazi abadlaşdırılıb və yaşıllaşdırma işləri görülüb.

 

Bağçada 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dillərinin tədris edilməsi də nəzərdə tutulub.

 


002.JPG
003.JPG