“Qız qalası” IV Beynəlxalq İncəsənət Festivalı

  • Layihə
  • Foto


2013-cü il iyulun 4-də Kannın La Kruazet bulvarında “Qız Qalası” IV Beynəlxalq incəsənət festivalının açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Kann şəhərinin meri, deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər.

 

2000-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və paytaxtımızın rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədi ilə 2010-cu ildən etibarən “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçirilir.

 

“Qız Qalası” sərgi-festivalının əsas meyarı tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Yerli və xarici rəssamlar öz milli üslublarında qalanın maketini bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirirlər.

 

İlk dəfə olaraq Azərbaycandan kənarda keçirilən sərgi-festivalın diqqət çəkən məqamlarından biri də Qız Qalasının Kannda tanıdılmasına yeni tematik komponentin əlavə olunmasıdır.

 

Festival çərçivəsində Heydər Əliyev Fondunun Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı layihəsi də təqdim olunub. İyirmi gün ərzində keçiriləcək sərgidə nəsli kəsilməkdə olan ceyranlara diqqət cəlb etmək məqsədilə ceyran maketləri hazırlanıb və dünyanın müxtəlif ölkələrindən olan rəssamlar tərəfindən bəzədilib.

 

Ümumilikdə sərgidə 26 rəssamın Qız Qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.

 

Bu işlər sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın da əsərləri yer alıb.



Paylaş:

1.jpg
2.jpg
2+.jpg
2++.jpg
2+++.jpg
2++++.jpg
2+++++.jpg
3.jpg
4.jpg
6.jpg
10.jpg
12.jpg
14.jpg
15.jpg
16.jpg
19.jpg
20.jpg
21.jpg
22.jpg
23.JPG