“Heydər Əliyev: şəxsiyyət, missiya, irs” Azərbaycan-Rusiya tarixi sənədli sərgisi

  • Layihə
  • Foto

2018-ci il mayın 10-da Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” Azərbaycan-Rusiya tarixi sənədli sərgisinin açılış mərasimi olub.

 

Sərgi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub.

 

6 bölmədən ibarət sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 300-dən çox eksponat – fotolar, sənədlər və videomateriallar nümayiş olunub. Hər bir bölmə Ulu Öndərin həyatının müəyyən mərhələsinə həsr edilib. Sərgidə həm Heydər Əliyev şəxsiyyətinin çoxşaxəliliyini görmək, eyni zamanda, onun irsi ilə təmasda olmaq imkanı verən çoxsaylı arxiv sənədləri və fotoşəkillər təqdim edilib. 


1.JPG
7.JPG
8.JPG
9.JPG
10.JPG
11.JPG
12.JPG
13.JPG
14.JPG