“Afrikanın vəhşi təbiəti” mövzusunda sərgi

  • Layihə
  • Foto


2014-cü il mayın 7-də Heydər Əliyev Mərkəzində heyvanlar aləminə marağı ilə əlaqədar dünyanın bir çox ölkəsini gəzmiş fotoqraf və rejissor Adrian Sternin “Afrikanın vəhşi təbiəti” mövzusunda sərgisi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, Leyla Əliyeva və Arzu Əliyeva sərginin açılışında iştirak ediblər.

 

Sərgi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçirilmiş Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində reallaşdırılıb.

 

Sərginin məqsədi diqqəti vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə yönəltməkdir. Sərgidə 35 əsər nümayiş etdirilib. Müəllif Afrikanın flora və faunasının müxtəlifliyini əks etdirən fotoşəkilləri son 10 ildə Cənubi Afrika Respublikası, Zimbabve, Zambiya, Tanzaniya və Uqandaya səfərləri zamanı çəkib.



Paylaş:

09.JPG
10.JPG
11.JPG
12.JPG
13.JPG
14.JPG
15.JPG
16.JPG