Yasamal rayonunda İmam Hüseyn məscidi

  • Layihə
  • Foto

Bakının Yasamal rayonunda yerləşən İmam Hüseyn məscidi Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub.

 

Məscid 1890-cı ildə tikilib. 2017-ci ildə burada əsaslı təmir və bərpa işlərinə başlanılıb. 2018-ci il oktyabrın 23-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məscidin açılışında iştirak edib.

 

Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.


008.JPG
010.JPG
011.JPG