DSCN0248.JPG
12 sentyabr 2012

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşüb

Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşüb.


Həştərxan vilayətinin qubernatoru bildirdi ki, Azərbaycan ilə Həştərxan arasında əlaqələr Azərbaycan ilə Rusiya arasında mövcud olan strateji və dostluq münasibətlərinin göstəricisidir. Qubernator qeyd etdi ki, Həştərxandakı Azərbaycan diasporu vilayətin ən böyük və ən fəal diasporlarından biridir. Çox xoşdur ki, azərbaycanlılar bir çox sahələrdə, o cümlədən rəhbər vəzifələrdə fəaliyyət göstərirlər. A. Jilkin vurğuladı ki, əməkdaşlığın inkişafı üçün Heydər Əliyev Fondu xeyli iş görüb.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirdi ki, bu il Fondun Rusiya nümayəndəliyinin yaradılmasının beşinci ili tamam olur. Leyla Əliyeva dedi: “Fondun ilk nümayəndəliklərindən biri Rusiyada açılmışdır. Ötən dövr ərzində Fond çoxlu layihələr həyata keçirmişdir. Biz şadıq ki, Həştərxanda da Fond xeyli layihə reallaşdırmışdır. Azərbaycan ilə Rusiya arasında münasibətlər uzun illər dostluq və mehriban qonşuluq əlaqələri əsasında qurulmuşdur. Məhz bu layihələr sayəsində dostluq əlaqələri daha da möhkəmlənəcəkdir”.

 

Leyla Əliyeva bildirdi ki, Rusiya nümayəndəliyi ətraf mühitin mühafizəsinə dair IDEA layihəsini həyata keçirməyi planlaşdırır. Eyni zamanda, Həştərxan məktəbliləri arasında təbiəti mühafizə mövzusunda inşa müsabiqəsi keçirmək nəzərdə tutulub.



FOTO