001--davos-ganclar-forumu-l.aliyeva.jpg
7 aprel 2013

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumun rəsmi açılış mərasimində iştirak edib

Aprelin 7-də Bakıda Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumun rəsmi açılışı olub.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.


Forumdan əvvəl Leyla Əliyeva “JW Marriott Absheron” otelinin qarşısında səyyar kitabxananın rəmzi açılışını bildirən lenti kəsdi.


Leyla Əliyeva “Gəzən kitabxana” ilə tanış oldu.


Bildirildi ki, bu layihə bir il davam edəcək və ölkəmizin 15 regionunu əhatə edəcək. On min kitab və beş min elektron nəşrin olduğu kitabxana səyyar fəaliyyət göstərəcək və kitabsevərlər nəşrləri pulsuz əldə edəcəklər. “Gəzən kitabxana”da yaradılmış xüsusi proqramda nəşrlərin elektron kataloqu yerləşdirilib. Kitabxanada üç dildə nəşrlər var və səkkiz bölmə fəaliyyət göstərir.


Sonra Leyla Əliyeva “Açıq rəf” layihəsi ilə tanış oldu. Məlumat verildi ki, “Açıq rəf” – kitab rəfləridir və bunlar paytaxtımızın müxtəlif məkanlarında yerləşdiriləcək. Layihənin məqsədi ölkəmizə gələn əcnəbi turistlərin qeydiyyatdan keçmədən Azərbaycan ilə bağlı kitablara sahib olmalarını təmin etməkdir. “Açıq rəf” layihəsinin prinsipi kitab götürüldükdən sonra qaytarılmalı və ya əvəzinə başqa kitab təhvil verilməlidir.


Sonra forum öz işinə başladı.


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov forumda çıxış etdilər.


Daha sonra Leyla Əliyeva çıxış etdi.


Forum işini “Qlobal gənclər layihəsi üçün media və ictimaiyyətlə əlaqələr” mövzusunda seminarla davam etdirdi.


FOTO

VİDEO