Səbail rayonunda “Könül” körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Bakının Səbail rayonunda yerləşən “Könül” körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində yenidən qurulub. 2014-cü il sentyabrın 15-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 

1974-cü ildə tikilən 3 korpuslu bağçanın ümumi sahəsi 4 min kvadratmetrdir. Binada əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bağçanın həyətində ümumi sahəsi 600 kvadratmetr olan və 90 uşaq üçün nəzərdə tutulan ikimərtəbəli əlavə yeni korpus da tikilib.

 

Korpusların dam örtüyü, bütün otaqlar, musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar tamamilə yenilənib, zəruri invertarla, mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər avadanlıqla təchiz edilib. Bütün korpuslarda yanğından mühafizə sistemi quraşdırılıb, kommunikasiya xətləri yenilənib və yeni istilik sistemi qurulub.

 

Həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək üçün xüsusi meydança da yaradılıb.



001.jpg
002.jpg
008.jpg
009.jpg