İsmayıllı şəhərində körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


İsmayıllı şəhərində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. 2014-cü il sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.


Bağçanın ümumi ərazisi 520 kvadratmetrdir. İkimərtəbəli bağça 120 yerlikdir. Müəssisə zəruri avadanlıqla təchiz edilib. Binada tibb otağı, zəruri qurğular və oyuncaqlarla təchiz edilmiş idman zalı və yeməkxana vardır. Bağçanın ərazisinə dekorativ hasar çəkilib, oyun meydançaları yaradılıb.



01.JPG
02.JPG
03.JPG