Buzovna qəsəbəsində 229 saylı uşaq bağçası

  • Layihə
  • Foto


Buzovna qəsəbəsində yerləşən 229 saylı uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub.

 

Vaxtilə fərdi yaşayış evi kimi inşa olunan bina 1957-ci ildən uşaq bağçasına uyğunlaşdırılıb. 1937-ci ildə inşa olunan bina qəzalı vəziyyətdə olduğundan sökülərək yerində yeni bağça binası inşa edilib.

 

Üçmərtəbəli uşaq bağçasında oyun otaqları, idman, musiqi və rəsm zalları, yataq otaqları, yeməkxana, tibb otağı, geyinib-soyunma otaqları və digər texniki otaqlar yaradılıb. Bağça zəruri mebel və avadanlıqlarla təchiz edilib. Uşaqların asudə vaxtının təşkili məqsədilə açıq havada oyun meydançası da yaradılıb, ərazi yaşıllaşdırılıb.


Paylaş:

002.JPG
003.JPG
004.JPG
005.JPG
006.JPG
007.JPG