Lerik rayonunun Piran kəndində uşaq bağçası

  • Layihə
  • Foto

 

Lerik rayonunun Piran kəndində yerləşən uşaq bağçası üçün Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilib.

 

Kənddə yeni körpələr evi–uşaq bağçasının inşasına 2019-cu ilin sonlarında başlanılıb. Tikinti işləri 2020-ci ilin avqust ayında başa çatıb.

 

İkimərtəbəli, 60 yerlik körpələr evi-uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.

 

Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə qurğuları, söhbətgahlar quraşdırılıb.

 

Paylaş:

01.JPG
02.JPG
08.JPG
09.JPG
12.JPG