001.jpg
26 oktyabr 2015

Fransanın Strasburq Universitetinin prezidenti Alen Beretz ilə görüş

Oktyabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransanın Strasburq Universitetinin prezidenti Alen Beretz ilə görüşüb.

 

Mehriban Əliyeva son illər ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə də əlaqələrin inkişaf etdiyindən məmnunluğunu ifadə edib, bu sahədə bir çox işlərin həyata keçirildiyini vurğulayıb. Ölkələrimiz arasında təhsil, mədəniyyət və elm sahələrində reallaşdırılan layihələrdən danışan Mehriban Əliyeva bildirib ki, bütün bu addımlar Azərbaycan-Fransa dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə ölkəmizdə Fransa ali məktəbinin yaradılacağı, artıq bu layihə üzrə konkret addımların atıldığı diqqətə çatdırılıb. Alen Beretzin ölkəmizə bu səfərinin layihənin həyata keçirilməsinə töhfə olacağına əminliyini ifadə edib. 


Görüşə görə təşəkkürünü bildirən Alen Beretz Azərbaycanda Fransa ali məktəbinin yaradılması layihəsinin əhəmiyyətindən danışıb.


FOTO

VİDEO