загруженное (1).jpg
14 mart 2013

Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə təşkil olunmuş Novruz bayramı şənliyində iştirak edib

Martın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonundakı 268 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə olub.


Mehriban Əliyeva əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldu. Daha sonra Mehriban Əliyeva Novruz bayramı münasibətilə məktəbdə keçirilən tədbirdə iştirak etdi.


Mehriban Əliyeva 268 nömrəli xüsusi məktəbin müəllim və şagirdlərini bayram münasibətilə təbrik edərək dedi:


- Mən sizi bu gün görməyə, xüsusilə də belə bayram əhval-ruhiyyəsində görməyə çox şadam. Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. On il bundan əvvəl mən ilk dəfə sizin məktəbə gəlmişdim. Biz ilk dəfə o vaxt görüşdük. Artıq o zaman birinci sinifdə oxuyan uşaqlar indi məktəbi bitirirlər, 9-10-cu sinfin şagirdləridirlər.


Onu da demək istəyirəm ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən Azərbaycanın internat məktəbləri və uşaq evlərinin inkişaf proqramı məhz sizin məktəbinizdən başladı. Sizin məktəbiniz ilk məktəb idi. Ondan sonra onlarla məktəb yenidən quruldu, təmir olundu. Buna görə, mən hər il bu bayram ərəfəsində sizinlə bir yerdə olmağa çox şadam. Çox şadam ki, balalarımız gözəl təhsil alır, böyüyürlər. Çox şadam ki, belə yaxşı şəraitdə təhsil alırsınız. Onu da demək istəyirəm ki, mən hər zaman sizinlə görüşə xoş duyğularla gəlirəm.


Sonra şagirdlərə Heydər Əliyev Fondunun bayram hədiyyələri təqdim edildi.


Azərbaycanın birinci xanımı məktəbin sinif otaqlarına da baxdı, cari təmir işlərinin aparılması ilə bağlı müvafiq tövsiyələrini verdi.


FOTO

VİDEO