4.JPG
17 sentyabr 2021

Xəzər rayonunda yerləşən məktəblərdə Çin mədəniyyəti otağı və idman meydançası istifadəyə verilib

Sentyabrın 17-də Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 119 nömrəli məktəbdə Çin mədəniyyəti otağı istifadəyə verilib.

 

Tədbirdə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min, Milli Məclisin deputatları Soltan Məmmədov və Rauf Əliyev, Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Layihə Heydər Əliyev Fondunun Çin Xalq Respublikası ilə əməkdaşlığı çərçivəsində reallaşıb. Layihə çərçivəsində Şüvəlan qəsəbəsində 237, Zirə qəsəbəsində 120, Türkan qəsəbəsində 119 nömrəli və Binə qəsəbəsində 117 nömrəli tam orta məktəblərdə Çin mədəniyyəti otaqları yaradılıb. Çin mədəniyyəti otaqlarının hər biri stasionar kompüter dəstləri, noutbuk, printer, proyektor və digər avadanlıqlarla təchiz olunub.

 

XXX

 

Sentyabrın 17-də Xəzər rayonu Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbin açıq havada yerləşən idman meydançası təmirdən sonra istifadəyə verilib.

 

Binə qəsəbəsində fəaliyyət göstərən 218 nömrəli orta məktəbin açıq havada yerləşən idman meydançası Heydər Əliyev Fondunun Çin Xalq Respublikası ilə əməkdaşlığı çərçivəsində bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə əsaslı şəkildə yenidən qurulub. Layihə çərçivəsində açıq havada yerləşən futbol və basketbol meydançaları tam təmir olunub, süni ot örtüyü salınıb, müvafiq avadanlıq və qurğular yerləşdirilib.


FOTO

Paylaş: