01.jpg
11 iyun 2008

“Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq Bakı forumunun iştirakçıları Yaşıl Teatrda “Sivilizasiyaların dialoqu” adlı konsert proqramına tamaşa ediblər

Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumun nümayəndələri iyunun 11-də axşam Yaşıl Teatrda “Sivilizasiyaların dialoqu” adlı konsert proqramına tamaşa etmişlər.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, beynəlxalq forumla əlaqədar Bakıda səfərdə olan İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, Polşanın birinci xanımı Mariya Kaçinski, Anqolanın birinci xanımı Ana Paula duş Santuş, Latviyanın birinci xanımı Lilita Zatler, Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbeke konsertdə olmuşlar.

 

Azərbaycan xalq musiqisi və görkəmli bəstəkarların əsərlərinin ifa olunduğu konsert forumun iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş, dəfələrlə alqışlanmışdır. 


FOTO