1.1.jpg
15 sentyabr 2022

Daşkəsəndə inşa edilən yeni məktəb binası istifadəyə verilib

Heydər Əliyev Fondunun və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü ilə Daşkəsən rayonunun Quşçu qəsəbəsində modul tipli məktəb binası inşa olunub.


Daşkəsən rayonunun “Çovdar” yatağının yaxınlığında, dağətəyi Quşçu qəsəbəsində yerləşən Səlmixan İsgəndərov adına tam orta məktəbin yeni inşa edilmiş modul tipli binasında 80 şagird yerlik 10 sinif otağı, 1 müəllimlər otağı, 1 kitabxana mövcuddur.


Şəhid Səlmixan İsgəndərovun adını daşıyan məktəb tədris prosesi üçün zəruri avadanlıqlar, internet şəbəkəsi, kompüter, mebel və digər inventarlarla təchiz olunub.


FOTO