30 aprel 2014

İtaliyanın “Uni mondo” portalı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Roma katakombalarında aparılan bərpa işlərindən yazır

İtaliyanın “Uni mondo” portalında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Roma katakombalarında həyata keçirilən bərpa işləri barədə məqalə yerləşdirilib.

 

Məqalədə İtaliyanın mühüm tarixi abidələrindən hesab olunan və uzun müddətdir bərpasına ehtiyac duyulan Roma katakombalarının bərpası ilə bağlı sazişin 2 il əvvəl Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalandığı xatırladılır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumatın əks olunduğu yazıda bildirilir ki, Fondun fəaliyyətində əsas yerlərdən birini Azərbaycanın dünyada təbliği tutur.

 

“Qərblə çox yaxşı əlaqələri olan Azərbaycanda yüksək dini tolerantlıq hökm sürməkdədir”, - deyə yazıda qeyd olunur.


http://www.unimondo.org/Guide/Economia/Globalizzazione/Il-Soft-Power-le-catacombe-e-l-Azerbaigian-a-Roma-145685