5 iyun 2015

“Azərbaycan: Ənənədən müasirliyə”

“L'Eclectique” jurnalı Azərbaycanın paytaxtı Bakını davamlı şəkildə diqqətdə saxlayacaq və öz yaradıcılığını bölüşmək istəyən gənc istedadlı nəsli müntəzəm şəkildə təqdim edəcək.


13 may tarixində biz “Azərbaycan – Ənənədən müasirliyə” adlı sərginin açılışında iştirak etdik. Bu, ölkənin mədəni müxtəlifliyini əks etdirən əsərləri izləmək üçün əlverişli imkanı idi.


Heydər Əliyev Fondu 5-19 may tarixlərində Parisdə, UNESCO-nun baş qərargahında Azərbaycanın ənənəvi və müasir incəsənətini nümayiş etdirən sərgi təqdim etdi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın mədəni irsini təbliğ etmək, təhsil, idman, elm, səhiyyə və ətraf mühitə dəstək vermək, habelə, mədəni və sosial tədbirlər təşkil etmək məqsədilə 2004-cü ildə yaradılıb. Heydər Əliyev Fondu bir çox beynəlxalq təşkilatlarla uğurlu əlaqələr qurub.


Bu sərgi ölkədəki bədii yaradıcılıq barədə kifayət qədər ümumi təsəvvür yarada bildi. Sərgidə üzərində incə mozaikaların təsvir olunduğu saxsı qablar, qədim ipək geyimlər, mis qablar, zərif zinət əşyaları, musiqi alətləri, klassik və müasir incəsənət əsərləri təqdim olunurdu. Heydər Əliyev Fondu sübut etdi ki, Azərbaycan füsunkar təbiətini nümayiş etdirmək və tarixini tanıtmaq üçün zəngin və qədim mədəni sərvətinə söykənir.


L'Eclectique sərginin açılışına həsr olunmuş caz konsertində iştirak etdi. Azərbaycanın yeni nəsil musiqiçilərindən olan Şahin Növrəslinin caz qrupu çox gözəl bir musiqi kəşfi oldu. Tamaşaçılar böyük istedada malik musiqiçinin ecazkar ifasına heyran oldular. Piano, zərb alətləri, not, tar və kamança qəlbimizi titrətmək üçün bir ahəngdə birləşdilər.Bu sərgi Avropada Qafqazın incisi kimi tanınan Azərbaycan haqqında gələcəkdə daha çox danışılacağını təsdiq edir.


Onu da qeyd edək ki, Azərbaycan 12-28 iyun tarixlərində Bakıda birinci Avropa Oyunlarına evsahibliyi edəcək. 


http://leclectique-mag.com