1 dekabr 2012

Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Rostropoviç adına VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 3-dən 9-dək Bakıda Rostropoviç adına VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.


Festivalda Rusiya, İtaliya, Böyük Britaniya və Azərbaycandan dünya şöhrətli musiqiçilər və kollektivlər - Zubin Meta, Enriko Dindo, Maksim Vengerov, Plamena Mangova, Sergey Krılov, Badri Maysuradze, Canluka Marçiano, Stüart Nil, Rauf Abdullayev, Fuad İbrahimov, Elvin Hoca Qəniyev, Maggio Musicale Fiorentino simfonik orkestri, ingilis və Litva kamera orkestrləri, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edəcəklər.