file1335935097054.jpg
1 may 2012

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi “Enerji təhlükəsizliyi və Qafqazda regional problemlər” mövzusunda beynəlxalq konfrans keçirəcək

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi “Enerji təhlükəsizliyi və Qafqazda regional problemlər” mövzusunda beynəlxalq konfrans keçirəcəkdir.


Mayın 9-10-da Bursadakı Uludağ Universitetində keçiriləcək konfransda London Universiteti Şərq və Afrika Araşdırmaları İnstitutundan professor Şirin Akiner, Kanadanın Karlton Universitetinin Rusiya və Avrasiya Araşdırmaları Mərkəzindən professor Robert Katler, Alman Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutundan (SWP) Uve Halbax, ABŞ Alman Marşal Fondunun nümayəndəsi, professor Coşua Volker, Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin professoru İrina Boyko, ABŞ Konqresinin sabiq üzvü Maykl MakMahon, Türkiyə Xarici İşlər Nazirliyi müstəşarının yardımçısı Fatih Ceylan, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov məruzələrlə çıxış edəcəklər.


FOTO