Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya

  • Layihə
  • Foto


Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib.

 

1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə olduğundan sökülüb, yerində gimnaziyanın yeni binası tikilib.

 

Xarici dillər təmayüllü gimnaziya 1029 şagird yerlikdir. Yeni binada sinif otaqları, laboratoriya otaqları, informatika sinfi, hərbi hazırlıq otağı, kitabxana, yeməkxana yaradılıb.

 

Kompleksin həyətində yerləşən Laçın məktəbinin binası, yataqxana korpusu da yenidən inşa edilib. 216 şagird yerlik Laçın rayonu 32 nömrəli tam orta məktəbində 12 sinif otağı, akt və qapalı idman zalları da fəaliyyət göstərir. Eyni zamanda, açıq havada futbol və idman meydançası yaradılıb.

 

Ərazidəki yataqxana korpusu 185 yerlikdir. Üçmərtəbəli yataqxana binası zəruri mebel və avadanlıqlarla təchiz edilib.

 

006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG
012.JPG
013.JPG
014.JPG
015.JPG