Xaçmaz şəhərində Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəb

  • Layihə
  • Foto


Xaçmaz şəhərində yerləşən Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəb 1976-cı ildən fəaliyyətə başlayıb. Məktəb binası yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən 1176 şagird yerlik binanın əsaslı təmiri həyata keçirilib.

 

Məktəb binasında 55 sinif otağı, fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, 2 informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və açıq idman meydançası var. Tədris ocağı zəruri mebel və avadanlıqla təchiz edilib.

 

Təhsil müəssisəsində müasir istilik və işıqlandırma sistemi qurulub. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri inşa olunub. Məktəbin heyətinə asfalt döşənib, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

 

Bundan başqa, məktəb ərazisində Qarabağ döyüşlərində şəhid olan məzunların xatirə lövhəsi yaradılıb, iki idman meydançası salınıb.


01.jpg
02.jpg
10.jpg
11.jpg
14.jpg
19.jpg
23.jpg
24.jpg
26.jpg
27.jpg