iran-azertac-qarabaq-haqiqatlari-farsca.jpg
23 dekabr 2013

Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” bukletlər toplusu fars dilində nəşr olunub

Heydər Əliyev Fondunun nəşri olan “Qarabağ həqiqətləri” bukletlər toplusu AzərTAc-ın İran nümayəndəliyi tərəfindən fars dilində çap etdirilib.

 

Beş hissədən ibarət topluda Azərbaycanın ayrılmaz parçası olan Qarabağın tarixi, maddi və mədəni irsi, arxeoloji qazıntıları, ermənilərin bu bölgəyə köçürülməsi barədə sənədlər və faktlar, XX əsrin sonlarında Ermənistanın və dünyadakı erməni millətçilərinin Azərbaycana qarşı başladıqları yeni işğalçılıq siyasətinin acı nəticələri, 1988-ci ildən başlayaraq Ermənistandakı soydaşlarımızın bu ölkədəki dədə-baba yurdlarından deportasiyası, onlara qarşı törədilmiş qətllər, zülm və işgəncələr əksini tapıb. Topluda, həmçinin Ermənistanın və erməni terror təşkilatlarının Azərbaycan xalqına qarşı təşkil etdikləri terror aktlarından, Xocalı soyqırımından, Azərbaycan torpaqlarının bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsindən, qaçqın və məcburi köçkünlərin düçar olduqları acınacaqlı vəziyyətdən bəhs edilir.