“Azərbaycan” kitabı

2010-cu ilin mart ayında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” nəşri çap olunmuşdur.


Ölkəmiz haqqında müfəssəl məlumat vermək məqsədi ilə hazırlanmış nəşrdə toplanmış 1000-dən çox fotoşəkil xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, ölkəmizin müasir simasını təcəssüm etdirir.


Kitab Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Ön söz”ü ilə başlayır. Kitabın ayrı-ayrı fəsilləri oxucuya Azərbaycanı qarış-qarış gəzmək imkanı yaradır. Bu rəmzi səyahət paytaxt Bakıdan başlayır.


İlkin olaraq Azərbaycan dilində nəşr olunmuş kitab sonradan rus, ingilis, fransız, alman, italyan dillərinə tərcümə edilib.