Karaoke - Azərbaycan bəstəkar mahnıları kolleksiyası

2012-ci ildə Heydər Əliyev Fondu “Karaoke – Azərbaycan folkloru kolleksiyası” layihəsinin davamı olaraq Azərbaycan bəstəkar mahnılarından ibarət “Karaoke” diskini hazırlayıb. Nəşrə broşür və DVD daxildir. Kolleksiyada Azərbaycan bəstəkarlarının 70 mahnısının mətni və musiqisi toplanıb.