Moskvada Azərbaycan günləri

  • Layihə
  • Foto


Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçirilib.

 

Fevralın 22-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindəki “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçası - yeni baxış” (“Азербайджанский ковер — новый взгляд”) adlı sərginin açılışı olub. “Azərxalça” Səhmdar Cəmiyyəti ilə birgə təşkil olunan sərgidə “Qarabağ” qrupuna aid 14 xalça nümayiş etdirilib. Onlardan dördü yeni orijinal formatda olan müasir kolleksiyadandır.

 

“Azərbaycan” pavilyonunda dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında “Dildən dilə” ədəbiyyat layihəsi təqdim edilib. Layihə çərçivəsində Rusiyanın və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən parçalar təqdim edilib.

 

“Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində fevralın 22-də Yeni Tretyakov qalereyasında Azərbaycanın Xalq rəssamı Tahir Salahovun “Tretyakov qalereyası kolleksiyasından olan əsərlər” (“Произведения из коллекции Третьяковской галереи”) sərgisi açılıb. Tahir Salahovun məşhur əsərlərinin sərgiləndiyi ekspozisiyada məşhur fırça ustasının “Qladioluslar”, “Qara Qarayevin portreti” və “Aydan” adlı əsərləri də təqdim olunub.

 

“Qelikon-opera” musiqili teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” (“Музыкальные звезды Азербайджана на московской сцене”) adlı qala-konsert olub. Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçirilmiş konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adığözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim edilib.


1.jpg
2.jpg
3.jpg
4.jpg
6.jpg
8.jpg
10.jpg
11.jpg
14.jpg
16.jpg
17.jpg
18.jpg
19.jpeg
24.jpeg
25.jpeg
26.jpeg
28.jpeg
29.jpeg
30.jpeg
31.JPG
32.jpg
33.jpg
34.jpg