Şamaxı şəhərində Yaradıcılıq Mərkəzi

  • Layihə
  • Foto


Şamaxı şəhərində yerləşən Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb.

 

Yaradıcılıq Mərkəzinin ikimərtəbəli binasında müxtəlif sənət növləri üzrə emalatxanalar yaradılıb. Burada toxuculuq, dulusçuluq, keçə sənəti, naxışvurma, keramika avadanlıqları, xalçaçılıq, heykəltaraşlıq, rəsm, rəngkarlıq üzrə emalatxanalar fəaliyyət göstərir. Yaradıcılıq Mərkəzində, eyni zamanda, satış-sərgi salonu da yaradılıb.

 

Yerli sakinlərə dəstək və bölgədə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılan Mərkəzdə bir sıra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim və asudə vaxtın səmərəli keçirilməsi məqsədilə otaqlar təşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkündür.


02.JPG
03.JPG
04.JPG
05.JPG
06.JPG
07.JPG