Autizm Mərkəzi

  • Layihə
  • Foto


Bakının Nizami rayonunda yerləşən Autizm Mərkəzi Heydər Əliyev Fondu tərəfindən inşa edilib.

 

Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin Mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. 2021-ci il dekabrın 31-də Mərkəzin binası istifadəyə verilib.

 

Binada sinif, sakitləşdirici, valideyn və uşaqlar üçün psixoloq, yataq və loqoped otaqları, akt və idman zalları var.

 

Mərkəz autizm spektr pozuntuları ilə üzləşmiş şəxslərə zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üçün ailələr ilə işləmək, autizm sahəsində maarifləndirici layihələr həyata keçirmək istiqamətində fəaliyyət göstərir. Mərkəzdə 23 yaşınadək şəxslərin qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar. Mərkəzin ərazisində velosiped yolu salınıb, oturacaqlar quraşdırılıb, idman və oyun meydançaları yaradılıb.


030.JPG
031.JPG
032.JPG
033.JPG
034.JPG
035.JPG
036.JPG
037.JPG
038.JPG
039.JPG
040.JPG
041.JPG
042.JPG
043.JPG
044.JPG
045.JPG