İnfrastruktur layihələr

  • Layihə
  • Foto


2004-2011-ci illər ərzində Heydər Əliyev Fondu mühüm infrastruktur layihələr həyata keçirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində 20 min sakinin su təminatının yaxşılaşdırılmasına imkan verən su kəməri çəkilib, Xəzər rayonunun Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrinə yollar çəkilib, Binə qəsəbəsində yardımçı stansiya yenidən qurulub, qəsəbələrin su təchizatı yaxşılaşdırılıb, parklar salınıb.


Xəzər rayonu ərazisində yaşıllıqların salınması, məişət tullantılarının yığılması, abadlıq işlərinin aparılması məqsədi ilə Fond tərəfindən alınmış su maşınları, yükünü özüboşaldan və məişət tullantıları daşıyan maşınlar, eləcə də qreyder, yükvuran, traktor, çoxfunksiyalı ekskavator rayonun müvafiq icra strukturlarına təhvil verilib.


Bundan əlavə dini və tarixi-mədəniyyət obyektlərinin ətraf əraziləri abadlaşdırılmış, yaşıllıqlar salınmış, insanların asudə vaxtlarının səmərəli keçirməsi üçün parklarda lazımi şərait yaradılmışdır.



IMG_0649.JPG
IMG_0650.JPG
RH7_6894.JPG
RH7_6897.JPG