Canəli Əkbərov - 70

  • Layihə


2010-cu ilin martında Heydər Əliyev Fondu Xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş musiqi albomunu nəşr edib. Musiqi albomu kitab, 3 CD və DVD-dən ibarətdir.


Azərbaycan və ingilis dillərində olan kitabda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz hadisələrlə yaddaqalan yaradıcılıq yolundan söhbət açılır. Sənətkarın müxtəlif məclislərdə ifasının əks olunduğu şəkillər, tələbələri, sənət yoldaşları, ailəsi ilə çəkdirdiyi şəkillər kitabda yer alıb.


CD-lərdə və DVD-də xanəndənin ifasında xalq mahnıları və muğamlar toplanıb.


Kitabxanaya keçid