Habil Əliyev - 80

  • Layihə


2008-ci ildə Heydər Əliyev Fondu Azərbaycanın Xalq artisti, virtuoz kamançaçalan Habil Əliyevin 80 illik yubileyinə həsr olunmuş musiqi albomu hazırlayıb. Alboma Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitab və kamança ustadının ifasında xalq, bəstəkar mahnıları, muğamlardan və sənətkarın özünün bəstələdiyi musiqi parçalarından ibarət 4 CD daxildir.


Sənətkarın həyat və yaradıcılığından bəhs edən kitab ömrünün müxtəlif məqamlarını əks etdirən fotoşəkillərlə zəngindir.


Nəşrdəki mətnlərin müəllifi Mustafa Çəmənli, tərcüməçi Bəylər Hacıyevdir.


Kitabxanaya keçid