Həyat, ölüm və gözəllik

  • Layihə


2013-cü il iyunun 21-də Heydər Əliyev Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamı Endi Vorholun əsərlərindən ibarət “həyat, ölüm və gözəllik” mövzusunda sərgi açılıb. Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində rəssamın əsərlərinin reproduksiyasını əhatə edən eyni adlı kataloq Azərbaycan və ingilis dillərində nəşr olunub.

 

Kataloqun ilk səhifəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Bakıda dünya şöhrətli Amerika rəssamının sərgisinə dair fikirləri yer alıb.

 

Kataloqda Endi Vorhol Muzeyinin direktoru Erik Şinerin, sərginin kuratoru Cianni Merkurionun sərgiyə aid fikirləri də yer alıb.

 

Nəşrdə Endi Vorholun həyat və çoxtərəfli yaradıcılığı, onun simvolik obrazlarının mahiyyəti, portretləri, avtoportretləri, müəllifin əsərlərində həyat, ölüm və gözəllik mövzusu, pop-art kralının baxışları haqqında məlumatlar var.


Kitabxanaya keçid