Azərbaycan mətbəxi

  • Layihə


2009-cu ildə Heydər Əliyev Fondu ingilis dilində Azərbaycan mətbəxi haqqında buklet nəşr edib. Dünyanın ən zəngin və dadlı mətbəxlərindən olan Azərbaycan mətbəxi ölkənin çoxəsrlik mədəniyyətinin ayrılmaz parçasıdır. Azərbaycan mətbəxi müasir Azərbaycan Respublikası, Cənubi Azərbaycan (hazırda İranın şimal əyalətləri), İrəvan xanlığı, Zəngəzur və Göyçə (hazırkı Ermənistan), Borçalı (Gürcüstan), Dərbənd (Dağıstan Muxtar Respublikası) və bölgənin digər ərazilərində yaşamış əcdadlarımız tərəfindən minilliklər boyunca formalaşdırılmışdır.


Bukletdə Azərbaycan mətbəxi haqqında ümumi məlumat verilir, müxtəlif yeməklərin, şirniyyatın, içkilərin hazırlanma texnikası, özəllikləri barədə danışılır. 


Kitabxanaya keçid