15
BİRİNCİ BAB
Filosof alimlərin bu elmin mənbəyi haqqında icmal şəklində və təfsilatı ilə
[
söylədikləri]
Ay iki dünyada Allahın bəndəsi, bil ki, Xudavəndi-təbarək və təala
(
cəllət əzəmətəhü) Adəmi (salavatüllahi əleyhi) ki, Əbulbəşərdir
1
və onu
Səfiyyüllah
2
çağırırlar, öz qüdrətli əli ilə ayağa qaldırdı və bir ərbəin
3
müd-
dətinə Yəmənlə Tayif arasında olan bir yerə saldı. Qayıdış günü şərəfli İlahi
fərman gəldi ki, ruh Əbulbəşər Adəmin (ə) pak və mübarək bədəninə keçib
o təmiz və saf yerdə sakin olsun. Pərvərdigarın Əbulbəşərə göstərdiyi mər-
həməti tükənməz olduğuna görə Həzrət Cəbrayıla (ə) bir nidası yetişmişdi
ki: – Ay bizim məhrəm mələyimiz, sən ruhu Adəmin qəlibinə yerləşdirməlisən
ki, orada əbədi məskən salsın. O zaman Ruhüləmin
4
Rəbbülaləminin əmri
ilə Həzrət Əbulbəşər Adəmin pak bədəninin içinə girib “rast” deyilən həzin
bir avazla “dəradər-tən, dəradər-tən” kəlmələrini icra etdi. Elə həmin vaxt
ruh hallanaraq Həzrət Adəmin (ə) içərisinə daxil oldu və ürəkaçan, canlan-
dırıcı bir səs “Mən ona ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin”
5
söylədi. Ruh sevinclə şadlığın sərmayəsidir və kamil insan cahil insandan
fərqli olaraq bu həzzi duymalıdır. Odur ki, hər dəfə kimsə nəğmədən həzz
alanda buna səbəb Ruhüləmin adlanan Cəbrayılın elmidir və məhz buna görə
alimlər ona ruh elmi deyərlər. Bu elmi öyrənmək hər bir ağıl və zəka sahibi
üçün labüddür. Bu fənn ruhani bir qidadır, bütün filosoflar ona sahib olub-
lar və bu fənnə yiyələnən adam hər zaman hörmət sahibi olmuşdur. Zöhrə
ulduzunu görəndə onun qarşısında dayanıb deyərdilər:
Əssalamü əleykə, ey mübarək, işıqlı, şərafətli, cəlallı, yüksək, ruhani
ulduz, Allahın rəhməti və bərəkəti sənə olsun!
Əgər kimsəyə bu elmdən bəhrələnmək və ondan həzz almaq qismət olma-
yıbsa, o şəxs insan qövmündən xaricdir.
Şeir:
Süleymanın Davudun nəğmələrindən xəbəri var,
Leylək bülbül nəvasının səsini nə vaxt tanıyar?
1
Əbulbəşər – bəşərin atası, insanların əcdadı
2
Səfiyyüllah – Allahın seçdiyi şəxs
3
Ərbəin – (burada) qırx gün
4
Ruhüləmin – Həzrət Cəbrayılın (ə) ləqəbi
5
Qur’ani-Kərim. Hicr. 29.