Fars dilindən tərcümə edən, ön sözün və şərhlərin müəllifi:
Hacı Rauf ŞEYXZAMANLI
Redaktorlar:
Nəsib GÖYÜŞOV,
filologiya elmləri doktoru
Suraya AĞAYEVA,
Əməkdar İncəsənət Xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
Elmi məsləhətçi:
Paşa KƏRİMOV,
filologiya elmləri doktoru
Müəllifin fars dilində yazdığı və musiqi elmi haqqında bir risalə kimi təqdim etdiyi kitabda
musiqiyə dair dəyərli və ətraflı bilgilərlə yanaşı digər qaynaqlarda rast gəlinməyən rəvayət-
lər, dairələr və cədvəllər yer almışdır. Hazırda əsərin Azərbaycan, İran, İngiltərə, Rusiya və
başqa ölkələrin əlyazma xəzinələrində saxlanılan və bir-birindən fərqlənən nüsxələri uzun
müddətdir ki, mütəxəssislər və muğamsevər oxucular üçün qiymətli bir məlumat mənbəyinə
çevrilmişdir. Risalənin musiqi aləmində geniş şöhrət qazanmasına baxmayaraq onun adı,
müəllifi, yazılma tarixi, tərkibi və tərtibi indiyə qədər dəqiq müəyyənləşdirilməyib və tədqiqat-
çıların mübahisələrinə səbəb olaraq qalmaqdadır.