5
ÖN SÖZ
Musiqinin rəqs və rəssamlıqla yanaşı ən qədim incəsənət növlərindən
biri olaraq hər xalqın tarixində və həyatında çox önəmli yeri var. Hələ ibtidai
cəmiyyətin insanları keçirtdikləri mərasimlərdə bəsit çalğı alətlərinin müşayiə-
tilə mahnı oxuyaraq öz hisslərini ifadə etməyə can atardılar. Zaman keçdikcə
bu bir sənətə çevrildi, sadəcə tərənnüm edənlərin arasından mahir ifaçılar və
bəstəkarlar meydana çıxdı. Beləliklə, bu sənət inkişaf yolu ilə irəliləməkdə idi,
lakin onu bir elm səviyyəsinə yüksəltmək heç də hamıya müyəssər olmamışdır.
Burada biz məhz müsəlman Şərqində musiqinin elmi əsaslarının yaradılma-
sını və bu mövzuda yüzlərlə, bəlkə də minlərlə əsərin yazılmasını qürurla qeyd
edə bilərik. Hələ IX-X əsrlərdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində
musiqi ciddi surətdə tədqiq olunmağa başlayır. Ərəb filosofu əl-Kindi, musiqi
nəzəriyyəsinin banisi adını qazanmış Mərkəzi Asiya alimi əl-Farabi
1
,
orta əsr-
lərdə yaşayıb yaratmış və sələflərinin bu sahədəki araşdırmalarını yeni kəşflərlə
zənginləşdirib təkmilləşdirmiş böyük Azərbaycan musiqişünasları Səfiəddin
Urməvi
2
və Xacə Əbdülqadir Marağayi
3
,
yenə də Mərkəzi Asiyalı əl-Xarəzmi,
İbn Sina, musiqi mədəniyyəti haqqında bir neçə əsaslı əsərin, o cümlədən “Dür-
rətüt-tac”ın müəllifi olan İran alimi Mahmud əş-Şirazi və başqaları yazdıqları
kitablarla musiqi elmini daha da yüksək səviyyəyə qaldırmışdılar. Fars dilindən
tərcümə etdiyimiz bu əlyazma həmin əsərlərin arasında özünəməxsus yer tutur.
Müəllifin ilk sözlərindən bəlli olur ki, “bu risalə ruh elmi deyilən musiqi
elmi haqqındadır” və burada həmin elmin müxtəlif sahələrinə dair məlumat
olduqca gözəl və canlı dillə səlis və nəfis şəkildə təqdim edilir. Əvvəlcə musiqi
elminin mənbəyi haqqında bəhs olunur və onun yaranışının dinimizlə bağlılığını
sübuta yetirməyə yönəlmiş rəvayətlər söylənilir. Kitabın sonrakı səhifələrində
musiqinin insana göstərdiyi təsir, onun göy cismləri ilə əlaqəsi, musiqi alətləri-
nin yaranması və onların düzəldilməsi qaydaları, muğamın avazları, şöbələri,
pərdələri, guşələri və s. haqqında müfəssəl məlumat, eyni zamanda ifaçılar
üçün yaşadığımız dövrdə də öz müasirliyini və əhəmiyyətini itirməyən dəyərli
məsləhətlər verilir. Bununla yanaşı, əsər maraq oyadan və başqa qaynaqlarda
rast gəlmədiyimiz rəvayətlər, cədvəllər və dairələrlə zəngindir. Burada həmçi-
nin məşhur alimlərin və şairlərin, o cümlədən Xacə Əbdülqadir Marağayinin,
Nəcməddin Kövkəbinin, Şeyx Fəridəddin Əttarın şeirlərindən geniş şəkildə
istifadə olunmuşdur. Təsadüfi deyil ki, sözügedən risalə hətta çağdaş musiqi-
şünasların diqqətindən kənarda qalmamışdır. Məsələn, İranda hazırlanmış
1 “
Kitabül-musiqi əl-kəbir”, “Kitabül-musiqi” və s.
2 “
Kitabül-ədvar”, “Risaleyi-şərəfiyyə”və s.
3 “
Came’ül-əlhan”, “Məqasidül-əlhan”və s.