73
On birinci hicazdır:
Hicaz bar gətirən xurma ağacıdır,
Segah ilə Hisar o ağacın meyvələridir.
Segah xoş üzünü göstərəndə
Hər yandan nəğmənin avazı gələr.
Hisar həmişə mane törədər,
Onun əlindən ürəyim də açılmır.
uxarını deyəndə Hisarəki bil,
Onda aşağıda oxuduğun Rəhavi olar.
Zildə Bəstənigar gəldi,
Bəmdə isə Hicazla Rastı tut.
On ikinci kuçikdir:
Kuçik muğamını oxuyursansa, bil ki,
Nəğməni Rəkəb ilə Bayatıda oxuyursan.
Ay nəğməpərdaz, Rəkəb ortaya çıxanda
Hər nəğmədən avaz özü-özünə gələr.
Bayatı İkiyat ilə başbaşa gələndə
Hər guşədən bir nəğmə səslənər.
... ... ... (?)
İkiyat zildir, ay qardaş,
Muliyat isə bəmə bərabərdir.
Siracəddin muğamı fəth etdi
... ... ... (?)