78
Bu dairə başqalardan çox qəliz olduğuna görə onu diqqətlə araşdır və öyrən. Bu
dairədən baş çıxartmaq üçün çalğıçı bir xeyli zəhmət çəkməlidir. Ay mənim əzizim, başa
düşdüklərini əziz tut və onları yadda saxlamaq üzərində çalış, çünki bu çox əziz və əcaib
bir elmdir. Dairələrdəki ixtilafların hamısını əzbərlə. Bunların əksəriyyəti fərziyyələr-
dən və söhbət zamanı ortaya çıxan fikirlərdən ibarət olduğu üçün çalğıçı onları başa
düşməli və bu elmi öz ustadından öyrənib dərk etməlidir ki, çəkdiyi əziyyət hədər yerə
getməsin, yoxsa istədiyinə çatmaz. O, bu avazların çoxunu kitablarda tapıb öyrənməli
və daim zəhmət çəkib iş görməlidir. Daha sonra o, avazların mətlubunu bilməlidir, yəni
nəyin bir-birinə qarşı talib, nəyin isə mətlub olduğunu tanımalıdır ki, ahəngi xaricə çıx-
masın və qoşasəsli olmasın. Həm də bir-birinə xilaf olanlar işləri düz qurmaq və günaha
batmamaq üçün xüsusi bir tərzdə avazın vasitəsilə başqasını yola verməlidirlər. Oxu-
yanda gərək daxildəki imkandan düzgün istifadə edib oxuyasan, daha oxuya bilməyib
xarıc olmağına və hər şeyi zay etdiyinə baxmayaraq zorla, gücənə-gücənə özündən
bir səs çıxartmağa heç bir lüzum yoxdur. Bir başqası ilə münasibətdə kobudluğa yol
verməməlisən, çünki belə hərəkətlər elm əhli və dinləyicilər gözündə nöqsan sayılır.
Dördüncü Xəliqə adlanan Hermesin
musiqara aid bəstələdiyi başqa bir dairə
Bu isə Hermesin düzəltdiyi dairədir. O, hal-hazırda kamança adlanan və elm
əhli nəzərincə olduqca dəyərsiz olan musiqarı da düzəltmişdir. Amma o fənn sahib-
ləri həkimin bundan ötrü nə qədər zəhmət çəkdiyini və fikir qüvvəsi hesabına tərtib
etdiyini bilməlidirlər. Həmin dairəni də bu səhifədə təqdim edirik ki, elm adamları
onu tanısınlar və başa düşsünlər.
Müxalif
Güvəşt
Novruzi-əsl
Gərdaniyyə
Səlmək
Şahnaz
Mağə
Busəlik
Hüseyni
Üşşaq
Zəngulə
İsfahanək
Rəhavi
Büzürg
Rast
Hicaz
Nəva
Kuçik
Bayat
Novruz-
xara
Məhzuni-
Hüseyni
Ziri-
əşiran
Bayatı-əsl
Hüzzani-
kəbir
Məsnəvi
Hisari-
bədəl
Neyriz
Ruhül-
ərvah
Bəhri-
nazik
Çəkavək
Pəhləvi
Zəmzəm
Ruhəfza
Neyrizi-
kəbir
Nəha-
vəndək
Bəsteyi-
isfahan
Novruzi-
əsl
Bayatı-
qacar
Fərəh-
bəxş
Hüseyni
Karvan
Əşiran
Razdar
Zirəfkən
Şahənşah
Məruf
Hüdi
Çahargah
Rəhaviyi-
əraq
Xocəstə
Hüzzan
Bəhri-
rəvan
Mübərriqə
Hisari-
Bədəl
Bəstə-
nigar
Zirkeşi-
Xavəran
Movliyat
Ruyi-
mühəyyər
Nəha-
vəndək
Bəhri-
nazik
Mahur
Segah
Hisar
Əşiran
Dügah
Mühəy-
yər
Mübər-
riqə
Ovc
Nişabur
Hüma-
yun
Nəhoft
Novruzi-
ərəb
Novruzi-
əcəm
Neyriz
Üzzal
Çahar-
gah
Zabul
Pənc-
gah
Novruzi-
Səba
Rəkəb
İkiyat
Karsaz
Hicazi-
türk
Bayatı-
kürd
Müxalifi-
Hicaz
Nəha-
vənd
Bayat
Rəkəb
Məğlub
Müxalif
Əraq
Rast
Novruz
Dügah