82
Həqiri-fəqir Əbdülhüseyn Şirazi sahibi məəttəl qoymamaq xatirinə iyirmi
il ərzində sultanın sayəsində hər vilayətdən və bütün yerlərdən əlimə keçənləri
toplayıb bu lazımlı risaləyə qoşdum və bu şərafətli elm üçün əhəmiyyət kəsb
edənlərin hamısını örnək olaraq bu nüsxədə göstərdim. O çağda adı bilimin
bu sahəsində geniş ifadə və istifadə edilən, fəzilət sahibi, tayı-bərabəri olma-
yan, “sultanın həkimi” adı ilə şöhrət qazanmış həkim Şərəfəddin Məhəmməd
əl-Ələvi hikmət fənnində və bütün həqiqi elmlərdə filosofların rəmzlərlə yaz-
dıqlarının hamısını bu gizli dairədən aşkara çıxartdı. Camaat üçün üstüörtülü
olan doxsan məna ilə incəliyi, o cümlədən yunan xətti ilə yazılmış İsgəndərin
zəxirəsini töhfə şəklində Sultan Mahmuda təqdim etdi. Sultan aylı-illi yeddi
il bu əsəri yozmaq tələbində oldu, hər diyardan və ölkədən fənn sahiblərini
gətirdilər, amma heç kəs ondan baş çıxarıb dərk edə bilmədi. Həkim Şərəfəd-
din həmin nüsxəni əlinə alıb nəzərdən keçirtdi və arxayınlıqla sultanın xid-
mətinə təhvil verdi. Sultan Mahmud üç dəfə ayağa qalxıb oturdu və onun
zehnini ləlü cəvahirlə doldurdu, dördüncü dəfə ona o qədər qızıl bağışladı ki,
başından aşmışdı və üstəlik yenə də bağışladı. O anda Sultan Mahmud onun
zehninin o səviyyədə olduğunu görüb dedi ki, məni istəyən hər kəs ona həki-
mi-Xudavənd
1
deyərək xitab etsin. Bundan sonra Sultan Mahmud dedi: – Ay
həkimi-Xudavənd, musiqiyə aid bir risaləni hazırlayıb yazmağı tapşırmışam.
İndi tamamlanmamış bir risalə əlimizdədir və filankəs iyirmi beş ildir ki, bütün
vaxtını o risaləyə sərf edir. Bu saat onu diqqətlə mülahizə edəcək adama ehtiyac
var. Həkimi-Xudavənd onun islah olunması üzərində çox çalışdı. O zaman həqi-
ri-fəqir bu risaləni həkimi-Xudavəndə təqdim etdi. O isə bir il ərzində həmin
əsəri diqqətlə mütaliə etdi və bir ildən sonra sultan sarayına hazır olub sultana
bu cür ərz buyurub müraciət etdi ki, bu elm nəhayət ilə bəlağəti olmayan bir
elmdir və Tanrı vergisinə əsaslanmayan heç bir kəs bu elmi təhsil etmək iqtida-
rında deyil. Bu risalənin heç bir eybi-nöqsanı yoxdur və bu fəndə mühüm olan
bütün mənalar ilə incəliklər burada toplanıbdır. O boyda işi xüsusi qabiliyyəti
olmayan adam görə bilməzdi. Sultan Mahmud onun bu işini belə bəyəndiyini
eşidib biləndən sonra bəndəni əzizləyib hədiyyələrlə necə lazımdır mükafatlan-
dırdı və ona bütün həmkarların üstündə yer verdi. Bundan bəri onun lütf ilə
şəfqəti günü-gündən artırdı və bəndə hər gün xüsusi təşkil olunan məclisə gəlib
Sultan Mahmudla həmsöhbət olardım. Sultan heç vaxt öz şəfqətini gizlətməz
və daim lütfünü izhar edərdi. O zaman bəndənin iki min beş yüz (?!) şagirdi
var idi. Onların hamısı sultanın qulları olmuşdular və bəndənin nəzdində bu
elmdən təhsil almaqla məşğul idilər. Amma bu yerdə ətraflı şərh versək yenə
məqsədimizdən qalarıq. Altıncı dairə isə budur:
1
Həkimi-Xudavənd – Tanrının həkimi