15
Bismillahir-rəhmanir-rəhim
Bu kitabın yazılmasına səbəb o oldu ki, fəqirin əshabından
1
bəziləri xahiş
etdilər ki, musiqi elmi haqqında bir risalə yazaq. Onların xahişlərini nəzərə
alaraq bu əsəri qələmə aldıq. Ümid edirik ki, dostlarımızın nəzərində məqbul
hesab edilsin. Bu risalə on beş fəsildən və xatimədən ibarətdir. Allah-təala
yardımını və uğurunu əsirgəməsin.
Birinci fəsil
dəstanların
2
bölünməsi və intervalların tərifi haqqındadır.
İkinci fəsil
musiqi elminin əsaslarının öyrənilməsi haqqındadır.
Üçüncü fəsil
pərdələr
3
haqqındadır.
Dördüncü fəsil
şöbə adlanan avazlar haqqındadır.
Beşinci fəsil
pərdələrin bürclərə nisbət verilməsi haqqındadır.
Altıncı fəsil
pərdələrin yeddi ulduza
4
nisbət verilməsi haqqındadır.
Yeddinci fəsil
pərdələrin çıxarılması haqqındadır
Səkkizinci fəsil
üsul
5
ritmlərinin öyrənilməsi haqqındadır.
Doqquzuncu fəsil
hər bir şəxsə hansı zərbin lazım olması haqqındadır.
Onuncu fəsil
pərdələrin çoxaldılması və yumşaldılmasının nəticələri
haqqındadır.
On birinci fəsil
çalğı alətlərinin öyrənilməsi haqqındadır.
On ikinci fəsil
pərdələrdə ifa etmək haqqındadır.
On üçüncü fəsil
hər zümrə üçün hansı pərdənin daha münasib olması
haqqındadır.
On dördüncü fəsil
pərdələrin ilin dörd fəslinə nisbət verilməsi və hər
gecə-gündüzdə hansı pərdənin daha münasib olması haqqındadır.
On beşinci fəsil
pərdələrin yeddi iqlimə (bölgə, ölkə) nisbət verilməsi
haqqındadır.
Xatimə
nəğmələrin təsiri haqqındadır.
* * *
Bil ki, bəziləri bu elmin İdris peyğəmbər (ə) tərəfindən icad olunduğunu
deyirlər. Bəzilərinin fikrincə isə musiqi elmi həkim Pifaqor tərəfindən yara-
dılmışdır. Belə deyirlər ki, o, bir şəxs xəstələndikdə musiqi elminin köməyi ilə
onu müalicə edərmiş. Xüsusilə eşq, əsəb, malxulya və epilepsiya kimi xəstə-
liklərin müalicəsində musiqidən istifadə edərdi.
Hikmət sahibləri simli musiqi alətlərinə əsasən dörd sim qoymuşlar:
a) “zir”
6
,
b) “məsna”
7
,
c) “misləs”
8
,
d) “bəm”
9
.
1
Əshabından – dostlarından
2
Dəstanların – nəğmələrin, melodiyaların
3
Pərdələr – muğamlar
4
Yeddi ulduza – planetlərə
5
Üsul – klassik Şərq musiqisində on yeddi əsas ahəng
6
Zir – aşağı sim
7
Məsna – ikinci sim
8
Misləs – üçüncü sim
9
Bəm – bas, aşağı tonlu sim