21
Bü`d”
1
müxtəlif nəğmələrin ağırlıq və şiddətlərinin məcmusundan
ibarətdir. Mütləq nəğməsi bir nəğmə olan iki sim fərz edək. Misal üçün “sim”,
bəm” və “misləs” nəğmələri elə ifa edilsin ki, hər iki nəğmə bir nəğmə olsun,
hər ikisi bir-birinin ardınca ifa edilsin. Bu, o demək deyil ki, onların arasında
interval vardır.
Bil ki, ifa olunan hər iki nəğmə ya “müttəfiq”
2
olur, yaxud “mütənafir”
3
.
Əgər nəğmələr “müttəfiq” olsalar, ona “bü`di-müttəfiq”
4
,
qeyri-həmahəng
olsa, “bü`di-mütənafir”
5
deyərlər.
Bü`di-müttəfiq” ya həddən artıq birləşər, yəni hər ikisi bir dəfəyə ifa
olunar, yaxud birləşdiklərindən bir nəğmə kimi səslənər. Ona görə bu nəğ-
mələrdən hər biri digərinin köməkçisi olar.
Yh” ilə “a” nəğməsi kimi ahənglər belə adlanır: “Bü`d əlləzi bilküll”
6
.
Bu
nəğmələr az da olsa həmahəng olar və biri digərinə yardımçı olar. Bunlar iki
intervaldan ibarətdir: biri “bü`d əlləzi bil-xəms”
7
,
digəri “bü`d əlləzi bil-ər-
bəə”
8
.
Bü`d əlləzi bil-xəms”in nəğməsi “a” ilə “ya” olduqda, intervalları doqquz
olar. İntervalı “a”-dan “b”-yə qədər olar, digəri isə “b”-dən “h”-ya qədərdir.
Bunların hər ikisini “bü`d əl-bəqiyyə”
9
adlandırırlar. Üçüncüsü “bü`di-tənini”
10
adlanır. O “a”-dan “h”-ya qədər olur. Ona həm də “t” intervalı deyirlər. Dör-
düncüsü “bü`di zi ərbəə”dir
11
və o “d”-dan “h”-ya qədərdir. Beşincisi “bü`di
zil-xəms”-dir
12
,
o da “he”-dən “yh”-ya qədərdir. Altıncısı “bü`d əlləzi bilküll”-
dür və o “h”-dan “yh”-ya qədərdir. Yeddincisi “bü`d əlləzi bilküll vəlxəms”-
dir
13
və o “yh”-dan “kd”-a qədərdir. Doqquzuncusu “bü`d əlləzi bilküll mər-
rəteyn”dir
14
.
O “kd”-dan “kh”-ya qədərdir. Doqquzluq intervallar bunlardır
15
.
Bu barədə çox danışmaq olar. Əgər bəyan etsək, uzun çəkər. Qısaca olaraq
bir neçə kəlmə melodiyaların bölünməsi və intervalların tərifini verdik ki, bu
barədə məlumatınız olsun.
1
Bü`d – interval
2
Müttəfiq – həmahəng
3
Mütənafir – qeyri-həmahəng, uyuşmayan
4
Bü`di-müttəfiq – həmahəng interval
5
Bü`di-mütənafir – uyuşmayan interval
6
Bü`d əlləzi bilküll – tamamilə uzlaşan interval, tamın ikili intervalı
7
Bü`d əlləzi bil-xəms – duodesima intervalı
8
Bü`d əlləzi bil-ərbəə – undesima intervalı
9
Bü`d əl-bəqiyyə – qalıq intervalı
10
Bü`di-tənini – tam tonun intervalı
11
Bü`di zi ərbəə – kvinta
12
Bü`di zil-xəms – kvarta
13
Bü`d əlləzi bilküll vəlxəms – tam və beşdə uzlaşan interval
14
Bü`d əlləzi bilküll mərrəteyn – ikili oktava intervalı
15
Səkkizinci interval verilməyib.