28
ALTINCI FƏSIL
Pərdələrin yeddi planetə nisbət verilməsi haqqında
Bil ki, yeddi planetin hər biri bir pərdəyə məxsusdur. Bu barədə iki fikir
mövcuddur. Birinci fikrə görə Zəngulə və Nəva Zühələ
1
,
Rast, Hüseyni və
Rəhavi Müştəriyə
2
,
Rast və Üşşaq Mərrixə
3
,
Busəlik və İsfəhan Zöhrəyə
4
,
Əraq və Hicazi Ütaridə
5
,
Kuçik Aya, Büzürg Günəşə məxsusdur.
Müasir musiqi bilicilərinin fikrincə isə, Hüseyni Günəşə, Rast Aya, İsfə-
han və Zirəfkəndi-kuçik Zühələ, Nəva və Hicazi Zöhrəyə, Busəlik və Rəhavi
Ütaridə, ............ Müştəriyə, ........... Mərrixə mənsubdur
6
.
Belə məlum olur ki, hər bir iqlimin sakinləri müxtəlif planetlərə məx-
susdur. Həmçinin onların ölkələrini və talelərini nəzərə alsaq, o sakinlərin
meylinin müxtəlif olduğunu görərik. Kimin taleyi hansı bürcdədirsə, həmin
pərdədə də ifa olunmalıdır. Bu da riyaziyyat elminə bağlı bir məsələdir.
YEDDINCI FƏSIL
Pərdələrin bir-birindən çıxarılması haqqında
Əgər Rastın əvvəlinci nəğməsindən başlayaraq Nəvadə mənzil edilsə,
Üşşaq olar. Əgər nəğməni Nəvanın əvvəlindən götürüb Üşşaqda mənzil edil-
sə, buna Nəva deyərlər. Əgər Nəvanın əvvəlindən başlayıb Nəvanın əvvə-
lində də mənzil edilsə, Busəlik adlanar. Əgər Rastın əvvəlinci nəğməsindən
başlayaraq Dügah, Segah, Çahargah, Pəncgah və Gərdaniyəyə yetişib və
yenə ora qayıdaraq Rastın əvvəlinci nəğməsində mənzil edilsə, Rast deyilər.
Əgər Rastın ikinci nəğməsindən başlayaraq mənzil Rastda edilsə, Dügah
adlanar. Əgər mənzil İsfahanda edilmiş olsa, Dügahi-İsfahan deyilər. Əgər
mənzil Rəhavidə edilmiş olsa, Dügahi-Rəhavi adlanar. Əgər Hicazda mənzil
edilsə, Dügahi-Hicaz deyilər. Əgər Dügahda edilmiş olsa, Dügahi-Sərf (?)
adlanar. Əgər Rastın üçüncü nəğməsindən başlayıb Rastda mənzil edilsə, Se-
gah deyilər. Əgər Üşşaqda mənzil edilsə, Zabul deyilər. Əgər Əraqda mənzil
edilsə, Rəvi-Əraq adlanar. Əgər Segahda mənzil edilsə, Mübərriqə deyilər.
Əgər Rastın dördüncü nəğməsini götürüb Rastda mənzil edilsə, Çahargah
1
Zühəl – Saturn
2
Müştəri – Yupiter
3
Mərrix – Mars
4
Zöhrə – Venera
5
Ütarid – Merkuri
6
Mətndə Müştəri və Mərrixə aid edilən pərdələr verilməmişdir.