33
ON DÖRDÜNCÜ FƏSIL
Həftənin hər gecə-gündüzünün hansı pərdəyə münasib
olması və pərdələrin dörd fəslə nisbəti haqqında
Hər gecə-gündüzü bir planetə nisbət veriblər. Belə ki, yekşənbə (bazar
günü) Hüseyni, düşənbənin gecəsi (bazar ertəsi) Əraq və Zirəfkəndi-büzürg,
düşənbənin gündüzü Rast, seşənbənin gecəsi (çərşənbə axşamı) Nəva və Hi-
cazi, gündüzü Üşşaq və Zəngulə, çərşənbənin gecəsi İsfahan və Zirəfkən-
di-kuçik, gündüzü Busəlik və Rəhavi, pəncşənbənin gecəsi (cümə axşamı)
Hüseyni, gündüzü Əraq və Zirəfkəndi-büzürg, adinənin (cümə) gecəsi Rast,
gündüzü Nəva və Hicazi, şənbənin gecəsi Üşşaq və Zəngulə, gündüzü İsfa-
han və Zirəfkəndi-kuçik, yekşənbənin gecəsi (bazar günü) Busəlik və Rəha-
vi. Bununla da avazlar pərdələri qorumuş olur.
On iki pərdəni on iki bürcə nisbət verən kimi dörd fəslə də bölürlər. Üç
pərdə bahardır, üç pərdə yay, üç pərdə payız və üç pərdə qış. Üşşaq, Nəva,
Busəlik – bahar, Rast, Hüseyni, Rəhavi – yay, Hicazi, Zəngulə və Əraq – pa-
yız, İsfahan, Zirəfkəndi-kuçik və Büzürg – qışdır. Üşşaq baharın əvvəlidir,
Nəva ortası, Busəlik axırıdır. Bu münvalla sona qədər müqayisə etmək olar.