35
Xatimə
Şəddlərdən hər birinin əsasında müəyyən təsir qüvvəsi var və onların
təsiri müxtəlif cür olur. Bəzisi yalvarış və yardım istəmə, bəzisi şücaət, bəzisi
isə şadlıq gətirən olur. Bunlar üç pərdədir: Üşşaq, Nəva, Busəlik. Bu pər-
dələr türklərin, həbəşlərin, zəncilərin və guşənişinlərin təbiətinə uyğun gəlir.
Rast, Novruz, Əraq, İsfahan nəfsə şadlıq verər, lətif, ləzzətli şadlıq. Amma
Büzürg, Rəhavi, Zirəfkənd və Hüseyni, bunların təsiri nəfslərdə bir növ kə-
dər və məstlik yaradar. Buna görə hər pərdəyə münasib şeir ifa olunmalıdır.
Məsələn, Zirəfkəndə və Rəhavidə elə bir beyt deyilməlidir ki, hüznlə münasib
olmalıdır. Nəinki elə bir beyt ifa olunsun ki, fərəh və şadlıq gətirsin. Rast və
Novruzda büsata münasib şeir deyilməlidir. Şadlıq büsatında bir az da şadlıq
və fərəhi artırmaq üçün elə şeir deyilməlidir ki, şadlığı artırsın və ya əksinə
hüzn büsatında elə bir şeir deyilməlidir ki, nəfslərə hüzn versin.