40
Səkkiz tərkibin hansı tərkiblərdən yaranması haqqında
...
budur ki, Rastdan başlayaraq Rastdan Pəncgaha bağlanmış olsun.
İsfahan budur ki, İsfahanda əsası qoyulsun və Segahın mənzilində qərar
tutmuş olsun. İsfahanək budur ki, İsfahandan başlansın və Əcəmin mən-
zilinə enərək orada qərar tutsun. Zirkeş-Xavəran budur ki, Hüseynidən
başlansın, Rəhavinin xanəsinə düşsün və orada qərar tutsun. Hicazi budur
ki, Hüseynidən başlansın və ensin Rastın xanəsinə, orada yerləşsin. Müxa-
lifi-Hicaz budur ki, Əcəmdən başlansın, ensin Rəhavinin mənzilinə və ora-
da yerləşsin. Rahətül-ərvah budur ki, tərtiblə Segahdan başlansın, Əraqın
xanəsinə enmiş olsun. Nəvayi-Əşiran budur ki, Nəvada əsasını qoysun və
ensin ....-Ruminin xanəsinə və orada qərar tutsun. Əraq-muyə budur ki,
Əraqda əsasını qoysun və ensin Hicaz-muyənin xanəsinə orada qərar tuta-
raq Üşşaqın xanəsində tamamlansın və ensin Karxanədə (?) qərar tutsun.
Alt-mübərriqə (?) budur ki, Rastı tamamlayaraq qərar tutsun Muyənin
xanəsində. Zəmzəm (?) budur ki, Novruzda əsası qoyulsun və Rəhavinin
xanəsində qərar tutsun. Novruz-Rəhavi budur ki, Pəncgahda əsası qoyul-
sun və ensin Pəncgaha. Mürəkkəb Novruz budur ki, Pəncgahdan başlansın
və Dügahın xanəsində qərar tutsun. Zirəfkəni-büzürg budur ki, Büzürgün
xanəsində Segah etsin və Muyənin xanəsində qərar tutsun. Nəhavəndi-Rəvi
budur ki, Hicazda əsası qoyulsun və Əcəmdə qərar tutsun. Gərdaniyə-nigar
budur ki, Gərduniyədən başlansın və Muyənin xanəsində yerləşmiş olsun.
Gərduniyyeyi-Busəlik budur ki, Gərduniyəni Busəlikin üzərindən başlasın,
Təbrizidə qərar tutmuş olsun. Mühəyyər budur ki, Təbrizi-dügah üzərin-
dən başlayaraq Hüseyni və Dügahın üzərinə enilsin və orada qərar tutul-
sun. Fərəhsay (?) budur ki, Çahargahdan başlanılsın və Dügahın xanəsinə
enilsin. Rəvi-Əraq budur ki, Segahdan başlanılsın və Əraqa enmiş olsun.
Sipəhr budur ki, Mühəyyərdən başlanılsın Həsar və Zəngulənin üzərində
qərar tutulsun. Hüseyni-Əcəm budur ki, Mühəyyər xanəsindən Hüseyniyə
keçilsin və Əcəmin xanəsinə enmiş olsun. Əraq budur ki, Hüseyni xanəsin-
dən başlanılsın və enilsin Hicaz xanəsində qərar tutulsun. Nəhavənd budur
ki, Hicaz edərək Tərkibi-Hicazın altında qərar tutulsun ...-ni zəngulə edib
Rəhaviyə enilsin. Həsarək budur ki, Hüseyni-Segahın üzərindən başlansın
və enilsin İsfahan-Segah üzərində qərar tutulsun. Həsarək-Övc budur ki,
Segah edilsin və enilsin Hicazinin üzərində qərar tutulsun. Büzürg budur
ki, Həsarəkin üzərindən enilsin və Büzürg məqamında qərar tutulsun. Ça-
hargah-Əcəm budur ki, Çahargahdan başlayaraq enib Əcəmdə qərar tutul-
sun. Çahargah budur ki, Dügahdan başlansın və Əcəmdə qərar tutulsun.
Nəhüft budur ki, Mühəyyərdən başlayıb Hicazidə qərar tutulsun. Zabil
budur ki, Segahdan başlayıb Dügahda qərar tutulsun. Nişaburək budur