46
Əgər Pəncgahdan çalmağa başlasan,
Mübərriqə Rastın gizli şöbəsi olar.
Mübərriqənin İsfahan adlı bəstəsi var,
Neyrizi-kəbiri də onun guşəsi kimi tanı.
Üşşaqın şöbəsini səninçün açıqlayım.
Nəqqaş Zabulun Ovcuna
1
qondu.
Bəstənigar Zabulun guşəsidir,
Digər guşəsində isə Nişabur yer tutur.
Ovcun guşəsindən məmnun oluram,
Büzürg Hicaz ilə Nəhavənddəndir.
Bu sadə lövhəni öyrənmək üçün
Səlməkdən İsfahan ilə Zənguləni ver.
Zəngulə Üzzalın bir şöbəsidir,
Digəri də Çahargahla qədəm qoyur.
İsfahan Nişaburəklə yetişər,
Başqası isə Neyrizlə irəliləyər.
Nişaburək guşəyə əlavə olundu,
Hicaz şahənşahının Müxalifi yoxdur.
İki guşə Neyrizin yerli “fər’ləridir”
2
:
Nəhoft ilə Nəhavəndiyi-rumi.
Güvəşt pərdədə ahəng ilə tənə əsaslanıb
Nəva ilə Hicazı özündən çıxartdı.
Nəva və Mahur Novruzxara ilə
Şöbə üçün hazırlıq görür.
Əraq Nəhavəndək ilə bərabər
Şübhəsiz ki, Novruzxaranın şöbələrini təşkil edir.
Lakin Mahurun iki nazlı şöbəsi var:
Birisi Bayatı-kürd, o birisi Karsaz.
Sirr pərdəsinin arxasından Hicaz gəldi.
Onun şöbələri Segah ilə Hisardır.
Əgər Segah guşəyə gözəl bir incəlik gətirsə,
Ruyi-əraq ilə Məla naz edərlər.
Hisar guşəyə nur saçar,
Hicazla Əraq isə yenilik qatar.
Digər avazın adı Mayedir,
O muğamdan Əraq ilə Kuçik gəldilər.
Əraq müvafiq şöbənin xoş havasıdır,
Müxalifi bağrına basıb Məğlub etdi.
1
Ovc – zirvə
2
Fər’ – qol, şöbə